Nur təFSİRİ



Yüklə 2,21 Mb.
səhifə303/572
tarix05.01.2022
ölçüsü2,21 Mb.
#111415
1   ...   299   300   301   302   303   304   305   306   ...   572

Nöqtələr


“Təvəffa” dedikdə tam şəkildə geri almaq mənası anlaşılır. Əgər dünyasını dəyişən insanın cəsədi qəbirdə qalırsa, demək tam şəkildə alınan ruhdur. Əgər ruh yoxsa, demək, insan yoxdur. Ruh müstəqil və davamlıdır. Qiyamət günü həmin ruh cismə növbəti dəfə qayıtmaqla insan ayağa qaldırılar.

Quranda ruhun çıxarılması ilə bağlı üç təbir var:


a) İnsanın canını və ruhunu mələklər alar.1

b) Hazırkı ayədə ruhu çıxaran məmur mələk “ölüm mələyi” adı ilə tanıtdırılır.

v) “Zumər” surəsinin 42-ci ayəsində bu işin Allah tərəfindən görüldüyü bildirilir.

Uyğun üç bildirişdən belə bir nəticə çıxarmaq olar ki, mələklər ruhu çıxarır, ölüm mələyi onu təhvil alır və Allah-təalanın hüzuruna çatdırır. İmam Sadiqdən (ə) soruşurlar ki, eyni vaxtda saysız adamlar dünyasını dəyişirsə, ölüm mələyi bir anda hamının canını necə alır? Həzrət buyurur: “Onun mələklər arasında yardımçıları var. Onlar insanların ruhunu çıxarıb ölüm mələyinə təhvil verirlər.”2 Ola bilsin ki, insanların səviyyəsi onların ölüm formasına təsir göstərir. Yəni adi insanların ruhunu mələklər, təqvalı insanların ruhunu ölüm mələyi, övliyaların ruhunu Allah çıxarır.



Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   299   300   301   302   303   304   305   306   ...   572




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin