Nöqtələr
Quranın dörd surəsində müəyyən ayələri oxuduqdan sonra səcdə etmək vacibdir. Həmin dörd surə “Fussilət”, “Nəcm”, “Ələq”, “Səcdə” surələridir. Bu surələr “əzaim” surələri adlanır. Əhli-beyt (ə) məktəbinə əsasən, namazda həmddən sonra bu dörd surəni oxumaq caiz deyil. Cənabətli və ya heyzli vəziyyətdə olanlar bu surələrdən hətta bir ayə belə oxuya bilməzlər.
Bildirişlər
1. Aşiqanə səcdə və Allaha həmd-səna möminin nişanəsidir.
2. Quran təbliğ və haqqa çağırışda günahkarları tanıtdırmaqla yanaşı möminlərin sifətlərini bəyan edir.
3. İnsanların bir qrupu təkəbbürləri səbəbindən ilahi hidayətdən məhrum olur.
4. İlahi ayələr insanın fitrət və düşüncəsinə uyğundur. İnsan yalnız xatırlatmaya ehtiyaclıdır.
5. Möminlər təkcə namaz vaxtı səcdə etmir.
6. İbadətdə həm zaman, həm zəmin, həm də əməl şərti var.
7. İnsan bütün vücudu torpağa sərilmiş kimi aşiqanə səcdə etməlidir.
8. Səcdə halında ən yaxşı zikr sitayişlə müşahidə olunan təsbihdir.
9. Qürur və təkəbbürdən uzaq səcdə dəyərlidir.
Ayə 16:
﴿تَتَجَافَى جُنُوبُهُمْ عَنِ الْمَضَاجِعِ يَدْعُونَ رَبَّهُمْ خَوْفًا وَطَمَعًا وَمِمَّا رَزَقْنَاهُمْ يُنفِقُونَ﴾
“(Möminlərin gecə vaxtı) çiyinləri yataq görməz, qorxu və ümidlə Rəblərini çağırarlar. Onlara verdiyimizdən infaq edərlər.”
Dostları ilə paylaş: |