Nöqtələr
“Onun görüşünə şəkk etmə” cümləsi ilə bağlı bir neçə ehtimal var:
a) Həzrət Musanın (ə) Allahla görüş zamanı ona vəhy nazil olmasına şəkk etmə;
b) Quran və vəhylə görüşə şəkk etmə;
v) Qiyamətlə görüşə şəkk etmə;
Bildirişlər
1. İslam Peyğəmbərinin (s) risaləti və səmavi kitabın nazil olması yeni bir iş deyil.
2. Peyğəmbərlərin tarixindən xəbərdarlıq təsəlli və arxayınlıq səbəbidir.
3. Səmavi rəhbərə münasibətdə şəkk-şübhəyə yer yoxdur.
4. Tövrat bütün bəşəriyyətin yox, Bəni-İsrailin hidayəti üçün nazil olmuşdu.
Ayə 24:
﴿وَجَعَلْنَا مِنْهُمْ أَئِمَّةً يَهْدُونَ بِأَمْرِنَا لَمَّا صَبَرُوا وَكَانُوا بِآيَاتِنَا يُوقِنُونَ﴾
“Bizim göstərişimizlə (xalqı) hidayət etsinlər deyə, Bəni-İsrail arasından rəhbərlər seçdik. Çünki onlar həm səbir edirdilər, həm də ayələrimizə əmin idilər.”
Dostları ilə paylaş: |