Bildirişlər
1. İxtilaflarla bağlı mühakimə Allahın Qiyamətdəki rübubiyyət şənindəndir.
2. Qiyamətdə bütün ixtilaflar ayırd edilər.
3. Dini ixtilaflar dünyada həll olası deyildir.
4.Tarix boyu insanlar arasında ixtilaflar olub.
5. Dini rəhbərlər öz işinə və xalqın hidayətinə heç vaxt soyuq yanaşmasınlar. Çünki ixtilaflar həmişə olmuşdur.
Ayə 26:
﴿أَوَلَمْ يَهْدِ لَهُمْ كَمْ أَهْلَكْنَا مِن قَبْلِهِم مِّنَ الْقُرُونِ يَمْشُونَ فِي مَسَاكِنِهِمْ إِنَّ فِي ذَلِكَ لَآيَاتٍ أَفَلَا يَسْمَعُونَ﴾
“Onlardan öncə bir çox qəbilələri həlak etdiyimiz onlara aydın deyilmi? Hansı ki, bunlar həlak olanların evlərinə get-gəldədirlər. Əlbəttə, bunda (fəlakətlərdə) nişanələr var. Yoxsa eşitmirlər?”
Dostları ilə paylaş: |