Nur təFSİRİ



Yüklə 2,21 Mb.
səhifə319/572
tarix05.01.2022
ölçüsü2,21 Mb.
#111415
1   ...   315   316   317   318   319   320   321   322   ...   572

Nöqtələr


“Qərn” sözünün cəm forması olan “qurun” sözü eyni bir dövrdə yaşamış qövmlər və millətlər mənasını bildirir.

Bu ayədə keçmiş qövmlərin məhvi məsələsinə toxunulur. Həmin tarixi gerçəkliklər eşitməklə dərk olunur. Ona görə də ayənin sonunda “yoxsa eşitmirlər” deyə sorulur. Növbəti ayədə quru torpağın cücərməsindən danışıldığı üçün, sonda “yoxsa görmürlər” deyə qarşı tərəf qınanır.


Bildirişlər


1. Məkkə əhli keçmiş qövmlərin başına gələnlərdən xəbərdar idilər. Onlar keçmişin qalıqlarını görür, amma ibrət götürmürdülər.

2. Tarixi hadisələr qanuna uyğundur. (Keçmiş qövmlərin məhvi haqqında məlumat və başqalarının ibrətə çağırılması göstərir ki, tarixi hadisələr təsadüfi deyil, onlarda ibrət götürüləsi məqamlar var.)

3. Azğın qəbilələrin süqutu gələcək insanların hidayəti üçün ən təsirli vasitələrdəndir.

4. Tarixdə azğın və məhvə düçar olmuş qəbilələr çoxdur.

5. İslam tövsiyə edir ki, insanlar qədim tarixi yerlərlə, qədim insan məskənləri ilə tanış olsunlar. Amma bu tanışlıqda məqsəd ibrət götürmək olmalıdır.

6. İnsanın iştirak etdiyi səhnələr daha ibrətamizdir.

7. Əcdadların tarixi izləri ilə tanışlıq gələcək nəsillərin ibrət götürməsi üçün zəruridir.

8. Keçmiş qövmlərin izzət və zillət səbəbini araşdırın və ibrət götürün.

9. Millətlərin və mədəniyyətlərin süqutu ilahi nişanələrin cilvəsidir.

10. İnsanın (qəlbən) eşidən qulağı olsa, lal xarabalıqların da bizə sözü var.



Ayə 27:


﴿أَوَلَمْ يَرَوْا أَنَّا نَسُوقُ الْمَاء إِلَى الْأَرْضِ الْجُرُزِ فَنُخْرِجُ بِهِ زَرْعًا تَأْكُلُ مِنْهُ أَنْعَامُهُمْ وَأَنفُسُهُمْ أَفَلَا يُبْصِرُونَ﴾

Görmədilərmi ki, Biz suyu otsuz yerlərə doğru axıdırıq, heyvanları və özləri qidalansın deyə onun vasitəsi ilə otlar cücərdirik? Yoxsa görmürlər?”




Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   315   316   317   318   319   320   321   322   ...   572




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin