Nöqtələr
İmam Riza (ə) buyurur: “Həzrət Şüeyb (ə) qızından soruşdu: “Bu şəxsin etibarlı olduğunu haradan bilirsən?” Qız dedi: “Sizin dəvətinizi ona çatdıranda dedi ki, arxamca gəl mənə yol göstər. O mənim qamətimi görmək istəmədi.”2
Bildirişlər
1. Ailədə qızların da məntiq və hikmət əsasında təklif irəli sürmək haqqı var.
2. Valideynlə övladlar arasında xoş münasibət, ailədə söz azadlığı dəyər sayılır.
3. Bütün ailə üzvləri təklif irəli sürə bilər, amma son qərar ailə başçısınındır.
4. İffətli qadınlar mənzildən xaricdə az görünməyə çalışırlar. (Evdən bayırda çətin işləri kişilər görməlidirlər.)
5. İşləmək qəbahət deyil. Allahın övliyaları da işləmişlər.
6. Seçim apararkən ən üstün şəxsləri nəzərdən qaçırmayaq.
7. Seçim üçün iki keyfiyyət nəzərə alınmalıdır: Bacarıq (ixtisas) və əmanətdarlıq (etibar).
8. İnsanın bacarığını və əmanətdarlığını adi şəraitdə, onun diqqətini cəlb etmədən qiymətləndirmək lazımdır. (Çoxları sünilik, yaltaqlıq və riyakarlıqla əsil xarakterlərini gizlədirlər. Amma həzrət Musa (ə) təbii bir vəziyyətdə himayədarlığı və iffəti ilə özünü tanıtdırdı.)
Dostları ilə paylaş: |