Bildirişlər
1. Əyri yolu bağlayan vaxt düz yolu açıq saxlayın.
2. Vəhylər peyğəmbəri də nəzərdə tutur, o da bu göstərişlərə əməl etməlidir.
3. Təqva əldə etməyin yeganə yolu vəhyə tabeçilikdir.
4. Vəhy Allahın rübubiyyət şənlərindəndir. (Vəhyə tabeçilik inkişaf və tərbiyə vasitəsidir.)
5. İlahi elmə iman vəhyə tabeçilik üçün ən güclü vasitədir.
Ayə 3:
﴿وَتَوَكَّلْ عَلَى اللَّهِ وَكَفَى بِاللَّهِ وَكِيلًا﴾
“Allaha təvəkkül et. Təkcə Onun (sənə) vəkil olması bəs edər.”
Ayə 4:
﴿مَّا جَعَلَ اللَّهُ لِرَجُلٍ مِّن قَلْبَيْنِ فِي جَوْفِهِ وَمَا جَعَلَ أَزْوَاجَكُمُ اللَّائِي تُظَاهِرُونَ مِنْهُنَّ أُمَّهَاتِكُمْ وَمَا جَعَلَ أَدْعِيَاءكُمْ أَبْنَاءكُمْ ذَلِكُمْ قَوْلُكُم بِأَفْوَاهِكُمْ وَاللَّهُ يَقُولُ الْحَقَّ وَهُوَ يَهْدِي السَّبِيلَ﴾
“Allah heç bir kişinin köksündə iki qəlb yaratmayıb. Zihar etdiyiniz zövcələr sizin üçün ana, oğulluqlarınız sizin üçün oğul olmaz. Bu (zövcəyə ana, oğulluğa oğul kimi yanaşma) dildə danışdığınız bir sözdür. Allah haqqı buyurur və doğru yola hidayət edən Odur.”
Dostları ilə paylaş: |