Nur təFSİRİ



Yüklə 2,21 Mb.
səhifə326/572
tarix05.01.2022
ölçüsü2,21 Mb.
#111415
1   ...   322   323   324   325   326   327   328   329   ...   572

Nöqtələr


“Ədiya” dedikdə övlad və ya başqa bir şeyi kimlərəsə aid etmək nəzərdə tutulur.

Cahiliyyət dövründə kişilər öz arvadına “sən anam kimi mənə haramsan” deməklə onu boşayardılar. Onların bu işi “zihar” adlanır. İslam fiqhində zihar haramdır və bu işə görə kəffarə nəzərdə tutulur. Daha ətraflı məlumat əldə etmək üçün fiqh kitablarına müraciət edin.

Quran insan qəlbinin hissiyyatlı, mərhəmətli və təmayüllü olduğunu bildirir.

Bildirişlər


1. Kafirlər və münafiqlərə itaətsizliyin, vəhyə tabeçiliyin müəyyən çətinlikləri var. Bu çətinliklərlə mübarizə üçün Allaha təvəkkül etmək lazımdır.

2. Əmrləri bəyan edərkən dəlillər göstərməyə çalışaq. (Allahı olanın nəyi yoxdur?!)

3. İnsanın öz qəlb və fitri meyillərinə qarşı rəftarları Allahın iradəsindən yox, onun özündən qaynaqlanır.

4. Bir qəlbdə iki zidd məhəbbət cəmləşə bilməz. (Vəhyə itaət kafirlər və münafiqlərə itaətlə bir araya sığmır.)

5. Ata-ananın övlada məhəbbəti rəsmi yox, təbii bir məhəbbətdir. (Nə zövcə ana olasıdır, nə də oğulluq oğul!)

6. Peyğəmbərlik vəzifələrindən biri cəmiyyətdəki xürafatları aradan qaldırmaqdır.

7. Haqq və batil arasında meyar adət-ənənə yox, ilahi vəhydir.

Ayə 5:


﴿ادْعُوهُمْ لِآبَائِهِمْ هُوَ أَقْسَطُ عِندَ اللَّهِ فَإِن لَّمْ تَعْلَمُوا آبَاءهُمْ فَإِخْوَانُكُمْ فِي الدِّينِ وَمَوَالِيكُمْ وَلَيْسَ عَلَيْكُمْ جُنَاحٌ فِيمَا أَخْطَأْتُم بِهِ وَلَكِن مَّا تَعَمَّدَتْ قُلُوبُكُمْ وَكَانَ اللَّهُ غَفُورًا رَّحِيمًا﴾

Onları (oğlulluğa götürdüklərinizi) atalarının adı ilə çağırın. Bu, Allah yanında daha ədalətli sayılar. Əgər atalarını tanımasanız, onlar sizin din qardaşlarınız və yaxınlarınızdır. (Bu vaxtadək) nədə xətaya yol vermisinizsə, sizin üçün günah sayılmaz. Amma qəsdən, bilərəkdən gördüyünüz işlərə görə (məsulsunuz). Allah bağışlayan və mehribandır.”




Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   322   323   324   325   326   327   328   329   ...   572




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin