Nur təFSİRİ



Yüklə 2,21 Mb.
səhifə328/572
tarix05.01.2022
ölçüsü2,21 Mb.
#111415
1   ...   324   325   326   327   328   329   330   331   ...   572

Nöqtələr


“Məcməul-bəyan” təfsirində oxuyuruq: “Əziz Peyğəmbər (s) müsəlmanlar (ənsar və mühacirlər) arasında qardaşlıq əqdi müəyyənləşdirmişdi. Onlar da doğma qardaş kimi bir-birlərinə irs qoyurdular. Mühacirlər (Mədinəyə hicrət edənlər) vətənlərindən, var-dövlətlərindən, qohum-əqrəbalarından uzaq düşmüşdü. Qardaşlıq əqdi bu boşluğu doldururdu. Nəhayət ayə nazil oldu, uyğun irs ləğv edildi və yeganə irs meyarı kimi qohumluq münasibətləri tanındı.

Peyğəmbər Təbuk savaşı üçün əmr verdiyi vaxt bəziləri dedilər: “Biz valideynlərimizdən icazə almalıyıq.” Həmin vaxt “Peyğəmbər möminlərə onların özlərindən də yaxındır” ayəsi nazil oldu.1

Əziz Peyğəmbər (s) Qədir-Xum günü Allahın əmri ilə Həzrət Əlini (ə) özünə canişin elan etməzdən öncə “mən sizə özünüzdən daha yaxın deyiləmmi” deyə soruşdu. Oradakılar hamılıqla bildirdilər: “Bəli.” Sonra Peyğəmbər (s) buyurdu: “Mən kimin mövlasıyamsa, Əli (ə) də onun mövlasıdır.”2

Peyğəmbər ictimai-siyasi, fərdi və bütün digər işlərdə möminlərə onların özündən yaxındır. Ayələrdən birində oxuyuruq ki, peyğəmbərin mühakiməsi müqabilində heç bir imanlı qadın və kişinin seçim haqqı yoxdur.3 Bir çox rəvayətlərdə bildirilir ki, əziz Peyğəmbər (s) bu yaxınlıq məqamının məsum imamlara da aid olduğunu bildirmişdir.1

Hədisdə oxuyuruq: “Allahın rəsulu (s) buyurdu: “And olsun canım əlində olan Allaha, məni canınızdan, malınızdan, övladlarınızdan, bütün insanlardan daha çox sevməyənədək imanınız kamil olmayacaq.”2


Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   324   325   326   327   328   329   330   331   ...   572




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin