Bildirişlər
1. İlahi yardımlardan faydalanmaq üçün iman və təlaş zəruridir. (Müsəlmanlar müdafiə üçün hazırlaşaraq xəndək qazdılar və ilahi yardımdan faydalandılar.)
2. Nemətlərin yada salınması Allahın tapşırığıdır. İlahi yardımların xatırlanması döyüşçülərin ruhiyyəsini gücləndirir.
3. İnsan üçün nemətləri unutmaq təhlükəsi var və o, xatırlatmaya ehtiyaclıdır.
4. Qoşuna qoşunla cavab verilməlidir.
5. Qələbələrin Allah tərəfindən olduğuna inanaq. (Mərhum İmam buyururdu: “Xürrəmşəhri Allah azad etdi.”)
6. Allahın iradəsi ilə küləklər də döyüşçüyə çevrilir.
7. Mələklər həm möminlərə dua edir, həm də onları müjdələyib yardım göstərirlər.
8. İnsan vəzifəsinə əməl etdikdə Allah qeybi yardımlarını nazil edir.
Ayə 10:
﴿إِذْ جَاؤُوكُم مِّن فَوْقِكُمْ وَمِنْ أَسْفَلَ مِنكُمْ وَإِذْ زَاغَتِ الْأَبْصَارُ وَبَلَغَتِ الْقُلُوبُ الْحَنَاجِرَ وَتَظُنُّونَ بِاللَّهِ الظُّنُونَا﴾
“Düşmənlər yuxarıdan və aşağıdan sorağınıza gəldikləri vaxt, gözlər qorxudan bərəldiyi və canlar boğazlara yığıldığı zaman Allah haqqında min fikrə düşdünüz.”
Ayə 11:
﴿هُنَالِكَ ابْتُلِيَ الْمُؤْمِنُونَ وَزُلْزِلُوا زِلْزَالًا شَدِيدًا﴾
“Həmin vaxt möminlər sınağa çəkildi və ağır titrəyişə düçar oldular.”
Dostları ilə paylaş: |