Nöqtələr
Cəbhə və savaşdan qaçmamaq Allah və Onun rəsuluna iman şərtlərindəndir. Allah buyurur ki, bu əhd haqqında sorğu-sual olunacaq.
Bildirişlər
1. Düşmən fitnə salmaq üçün daxildəki münafiqlərdən istifadə edir.
2. Münafiqlər asanlıqla haqdan üz döndərib, düşmənə üz tutur və fitnə qoparırlar.
3. Kafirlərin təklifinin tələsik və götür-qoysuz qəbulu şəxsiyyətsizliyi göstərir.
4. Əhd bağlamaq yox, əhdə vəfalı qalmaq mühümdür.
5. Allahın əhdinə səthi yanaşmayaq, bu barədə hökmən sorğu-suala çəkiləsiyik.
Ayə 16:
﴿قُل لَّن يَنفَعَكُمُ الْفِرَارُ إِن فَرَرْتُم مِّنَ الْمَوْتِ أَوِ الْقَتْلِ وَإِذًا لَّا تُمَتَّعُونَ إِلَّا قَلِيلًا﴾
“De ki, əgər ölümdən və ya öldürülməkdən qaçsanız, bu cəhdiniz sizin üçün heç vaxt fayda verməz. (Hətta faydalansanız) uyğun halda cüzi fayda götürərsiniz.”
Dostları ilə paylaş: |