Nöqtələr
“Usvə” dedikdə başqalarının yaxşı işlərinə ardıcıllıq nəzərdə tutulur. Quranda bu söz iki dəfə işlədilmişdir: Həzrət İbrahim (ə) haqqında və İslam Peyğəmbəri (s) haqqında. Maraqlıdır ki, şirklə mübarizədə həzrət İbrahim, düşmən qarşısında müqavimətdə İslam Peyğəmbəri (s) nümunə göstərilir.
Əhzab döyüşündə Peyğəmbərin (s) rolu komandanlar üçün nümunədir. Həzrət qoşuna yol göstərir, ümid verir, xəndək qazır, zarafatlaşır, ruhiyyə yaradan şüarlar deyir, düşmənə yaxınlaşır, sabitqədəmlik göstərir. Həzrət Əli (ə) buyurur: “Savaş zamanı əziz Peyğəmbərə (s) sığınırdıq. O, düşmənə hamıdan yaxın idi.”1
Əhzab savaşı barəsində nazil olmuş ayələr arasında olmasına baxmayaraq, bu ayə təkcə savaşa aid deyil. Əziz Peyğəmbər (s) möminlər üçün bütün sahələrdə nümunədir.
Dostları ilə paylaş: |