Bildirişlər
1. Peyğəmbərin nümunə olmasına şübhə ilə yanaşmayın.
2. Peyğəmbər daimi bir nümunədir.
3. Peyğəmbərin mənalı danışığı, rəftarı və sükutu bir dərsdir.
4. Nümunə göstərmək tərbiyə üsullarından biridir.
5. Müsbət nümunələr təqdim edək ki, xalq saxta nümunələr sorağınca getməsin.
6. Ən üstün təbliğ forması əməli (nümunə göstərməklə) dəvətdir.
7. Yalnız qəlbi iman və Allah zikri ilə zinətlənmiş insanlar əziz Peyğəmbəri (s) nümunə götürə bilərlər.
8. Nümunələr nə qədər əziz olsa da, insan Allahı yaddan çıxarmamalıdır.
Ayə 22:
﴿وَلَمَّا رَأَى الْمُؤْمِنُونَ الْأَحْزَابَ قَالُوا هَذَا مَا وَعَدَنَا اللَّهُ وَرَسُولُهُ وَصَدَقَ اللَّهُ وَرَسُولُهُ وَمَا زَادَهُمْ إِلَّا إِيمَانًا وَتَسْلِيمًا﴾
“Möminlər (düşmən) dəstələri görüb dedilər: “Bu həmin Allah və Onun rəsulunun bizə vəd etdiyidir. Allah və Onun rəsulu doğru dedilər.” (Düşmənlə görüş) yalnız onların iman və (Allah qarşısında) təslimçiliyini artırdı.”
Dostları ilə paylaş: |