Nöqtələr
“Nəhb” sözünün fərqli mənaları var. Amma burada uyğun söz nəzir, əhd-peyman mənasında işlədilmişdir. Nəzirə, əhd-peymana vəfa ölüm və böyük təhlükə ilə sonuclana bilər.
Bəziləri rifah sorağında olduğu vaxt, bir başqaları şəhadət intizarındadırlar.1
İmam Hüseyn (ə) Kərbəlada səhabələri ilə vidalaşarkən və bəzən şəhidlərin başı üstə bu ayəni oxuyardı.2
Bildirişlər
1. Nə peyğəmbərin səhabələri eyni dərəcədə idi, nə də möminlər eyni dərəcədədirlər.
2. Başqalarının kamilliklərini nəql etmək tərbiyə yollarından biridir.
3. Şəhadət anınadək haqqın müdafiəsi imanda sədaqət nişanəsidir.
4. Əhdə sadiq qalıb ona əməl etmək sədaqət göstəricisidir.
5. Şəhidlərin uca tutulması Quranın göstəriş və dərslərindəndir.
6. Şəhadət intizarında olmaq da bir dəyərdir. Allahla görüşə hazırlıq möminlik sifətlərindəndir.
7. Şəhadət qapısı açıqdır.
8. Bəzi möminlərin şəhadəti başqa möminlərin geri çəkilməsinə və ya həvəsdən düşməsinə səbəb olmur. (Öz dostlarının və əzizlərinin şəhadətini görən mömin yenə şəhadət arzulayır.)
9. Həqiqi möminlər öz əhd-peymanlarına sadiqdirlər, hətta dostların və əzizlərin şəhadəti də onların ruhiyyəsini dəyişmir.
Ayə 24:
﴿لِيَجْزِيَ اللَّهُ الصَّادِقِينَ بِصِدْقِهِمْ وَيُعَذِّبَ الْمُنَافِقِينَ إِن شَاء أَوْ يَتُوبَ عَلَيْهِمْ إِنَّ اللَّهَ كَانَ غَفُورًا رَّحِيمًا﴾
“Beləcə, Allah sadiqləri sədaqətlərinə görə mükafatlandırsın, münafiqlərə istəsə əzab versin, ya da (tövbə etsələr) lütfünü onlara qaytarsın. Çünki Allah bağışlayan və mehribandır.”
Dostları ilə paylaş: |