Nöqtələr
“İla” şəkilçisi ilə işlədilmiş tövbə sözü bəndələrin Allah dərgahına tövbəsini, “əla” şəkilçisi ilə işlədilmiş tövbə sözü Allah lütfünün bəndələrə qayıtması mənasını bildirir.
Bildirişlər
1. Acı və çətin hadisələrdə məqsəd var. Bu hadisələr insanların istedadlarını çiçəkləndirir, insan çalışmaqla mükafat əldə edir.
2. Doğruçuları mükafatlandırmaqla hamını sədaqətli olmağa həvəsləndirək.
3. Qurtuluş doğruçuluqdadır.
4. İnsan əməldə sədaqət əsasında mükafata çatır.
5. Öncə müjdə, sonra xəbərdarlıq!
6. Əvəzsiz bir iş yoxdur. (Sadiqlər sədaqətinə, münafiqlər nifaqına görə əvəz alırlar.)
7. Allahın lütfü münafiqlərdən də uzaq deyil. Bir şərtlə ki, onlar özləri bunu istəsinlər.
8. Tövbələrin qəbulu Allahın lütfü ilə müşayiət olunur.
Ayə 25:
﴿وَرَدَّ اللَّهُ الَّذِينَ كَفَرُوا بِغَيْظِهِمْ لَمْ يَنَالُوا خَيْرًا وَكَفَى اللَّهُ الْمُؤْمِنِينَ الْقِتَالَ وَكَانَ اللَّهُ قَوِيًّا عَزِيزًا﴾
“Allah küfr edənləri qəlbləri qəzəblə dolu halda, əllərinə heç bir xeyir gəlməmiş qaytardı. Allah möminləri savaşda ehtiyacsız etdi (onları qələbəyə çatdırdı). Allah qüvvətli və yenilməzdir.”
Dostları ilə paylaş: |