Nöqtələr
Müsəlmanlar savaşlarda qənimət əldə etdikdən sonra həzrət Peyğəmbərin (s) zövcələrində rifah marağı oyandı. Həzrət Peyğəmbər (s) bu istəyə qarşı çıxıb bir ay zövcələrindən uzaqlaşdı. Nəhayət hazırkı ayələr nazil oldu.
Bildirişlər
1. Müsəlmanların rəhbəri sadə tərzdə yaşamalıdır. (Dini və ictimai məsuliyyət insan üçün xüsusi vəzifələr yaradır.)
2. Müsəlmanların rəhbəri zövcələrin yersiz istəklərinə təslim olmamalıdır.
3. Beytül-mal gəlirinin artımı rəhbərin yaxınlarını tamahsılandırmamalıdır.
4. Təkcə rəhbər yox, onun qohum-əqrəbası da xalqın diqqət mərkəzindədir.
5. İlahi məsuliyyətlər ailə məsuliyyətlərinin fövqündədir. (Bəzən rəhbərlik məsuliyyətinə xatir yaxınların istəyinə mənfi cavab vermək lazım gəlir.)
6. Qadın azaddır. O həm sadə şəkildə xoşbəxt həyat tərzini, həm də ailədən uzaq dəbdəbəli yaşayışı seçə bilər. Hər yolun öz sonluğu var.
7. Həyat yoldaşının yersiz istəklərinə qəti və aydın cavab verin. (Həm qətiyyət, həm də mehribanlıq və ədalət əsasında yersiz istəklərə yox deyin.)
8. Beytul-mal və qənimət əldə etdikdə ailə və yaxınların yersiz istəkləri müqabilində qəti münasibət bildirək.
9. Qadın sadə və sağlam həyatla kifayətlənmirsə, ədalət və insaf əsasında onu boşayın, xoşlamadığı həyat tərzinə vadar etməyin.
10. Dünyapərəstlik təhlükəsi hətta Peyğəmbər (s) ailəsini hədələyir.
11. Dünyanın bər-bəzəyindən ləzzət almaq haram deyil. Amma bu iş Peyğəmbər (s) ailəsinin şəninə uyğun gəlmir.
12. Boşamağa məcbur olduğunuz vaxt bu işi insaf və ədalətlə həyata keçirin.
Ayə 29:
﴿وَإِن كُنتُنَّ تُرِدْنَ اللَّهَ وَرَسُولَهُ وَالدَّارَ الْآخِرَةَ فَإِنَّ اللَّهَ أَعَدَّ لِلْمُحْسِنَاتِ مِنكُنَّ أَجْرًا عَظِيمًا﴾
“Əgər Allahı, Onun rəsulunu və axirət evini istəyirsinizsə, (bilin ki,) şübhəsiz Allah sizin xeyir iş görənləriniz üçün böyük bir mükafat hazırlamışdır.”
Dostları ilə paylaş: |