Bildirişlər
1. Təşviq və xəbərdarlıq yanaşı olduqda səmərə verir.
2. Mərifət və eşqə əsaslanan, təvazökarlıqla müşayiət olunan itaət dəyərlidir.
3. Həm Allahın, həm də onun rəsulunun göstərişlərinə itaət etmək lazımdır.
4. Bir saleh əməl bəs etmir, davamlı saleh əmələ ehtiyac var.
5. Peyğəmbər zövcəsi olmaq kafi deyil, xeyir əmələ ehtiyac var.
6. Əməlin böyük-kiçikliyi yox, saleh olması şərtdir.
7. Allah biz bəndələri təşviq etmək üçün öz tərəfindən mükafat vəd edir.
8. İnsanın məqamı, əməlin fərdi və ictimai təsirləri əsasında mükafat fərqlənə bilər.
Ayə 32:
﴿يَا نِسَاء النَّبِيِّ لَسْتُنَّ كَأَحَدٍ مِّنَ النِّسَاء إِنِ اتَّقَيْتُنَّ فَلَا تَخْضَعْنَ بِالْقَوْلِ فَيَطْمَعَ الَّذِي فِي قَلْبِهِ مَرَضٌ وَقُلْنَ قَوْلًا مَّعْرُوفًا﴾
“Ey peyğəmbər! Zövcələri! Siz (adi) qadınlardan biri kimi deyilsiniz. Əgər təqvalısınızsa, yumşaq və naz-qəmzə ilə danışmayın ki, qəlbində xəstəliyi olan kəs tamah salar. Gözəl və ləyaqətli danışın.”
Dostları ilə paylaş: |