Bildirişlər
1. Dini rəhbərlərin ailəsi ilə hesab başqa ailələrlə hesabdan fərqlənir. Məsulların ailələri öz rəftarlarına çox diqqətli olmalıdır. (İctimai mövqe insan üçün məhdudiyyətlər yaradır.)
2. Əksəri yaşı ötmüş qadınlar olan peyğəmbər zövcələrinə müraciət olunarkən gənc və gözəl zövcələr nəzərdə tutulur.
3. Qadının naz-qəmzə ilə danışması onun təqvasızlığını göstərir.
4. Quranda danışıq qaydaları da bəyan olunmuşdur.
5. Qadının özünə nəzarət etməsi üçün ciddi bir qərar olmasa da, xəstə qəlblilərin tamahı yetərli səbəbdir.
6. Çirkaba batanlar müqəddəsliklərə də tamah salır.
7. Qadının danışıq və rəftarı təhrik edici olmamalıdır.
8. Peyğəmbər (s) cəmiyyətində də qeyri-sağlam fərdlər olmuşdur.
9. Hətta bir nəfəri günaha sövq edən işə yol verməməliyik.
10. Şorgözlük və həvəsbazlıq ruhi bir xəstəlikdir.
11. Qarşı tərəfin qəlbi xəstə olsa da, biz onu təhrik edən işə yol verməməliyik.
12. Həm məzmunlu, həm də sağlam tərzdə danışın.
Dostları ilə paylaş: |