Nur təFSİRİ



Yüklə 2,21 Mb.
səhifə36/572
tarix05.01.2022
ölçüsü2,21 Mb.
#111415
1   ...   32   33   34   35   36   37   38   39   ...   572

Həyat yoldaşı seçimi


İnsanlar həyat yoldaşı seçimində adətən bir neçə meyardan faydalanırlar: sərvət, gözəllik, əsil-nəsil. Hədisdə oxuyuruq: “Həyat yoldaşı seçimində onun əqidə və təfəkkürünü əsas götür.9 Digər bir hədisdə oxuyuruq: “Çox olar ki, gözəllik fəlakətə, sərvət tüğyana səbəb olar.”10

Allahın rəsulu (s) buyurur: “Dinini və əmanətdarlığını bəyəndiyiniz bir şəxs qızınıza elçi gəldikdə ona rədd cavabı verməyin, yoxsa böyük fitnə-fəsada düçar olarsınız.”11 Bir şəxs İmam Hüseynlə (ə) öz qızının izdivacı barədə məsləhətləşirdi. Həzrət buyurdu: “Təqvalı (Allahdan qorxan) kürəkən seç. Beləsi qızını sevərsə, sevdiyi üçün əziz tutar, sevməzsə təqvasına xatir ona zülm etməz.”12 Rəvayətdə oxuyuruq: “Spirtli içki içənlərə, pis əxlaqlı və qeyri-sağlam düşüncəli şəxslərə, günahkar ailədə böyüyənlərə qız verməyin.13

Bir daha qeyd edək ki, izdivac iki növdür: daimi və müvəqqəti. Hər iki izdivacla bağlı Quran və rəvayətlərdə göstərişlər verilmişdir. Təəssüf ki, daimi izdivac bəzi məntiqsiz adət-ənənələrə, qız və oğlan evinin yersiz tələblərinə, uzun-uzadı arzulara görə keçilməz səddə dönmüşdür. Müvəqqəti izdivac isə o qədər pis qəbul olunmuşdur ki, insanlar ondan imtina edib günaha üz tuturlar.

Ayə 28:


﴿قَالَ ذَلِكَ بَيْنِي وَبَيْنَكَ أَيَّمَا الْأَجَلَيْنِ قَضَيْتُ فَلَا عُدْوَانَ عَلَيَّ وَاللَّهُ عَلَى مَا نَقُولُ وَكِيلٌ﴾

(Musa Şüeybin təklifini qəbul edib) dedi: “Bu (razılıq) mənimlə sənin aranda bərqərar oldu. Bu iki müddətdən hansını başa vursam, mənə sitəm qılınmayacaq. Allah danışdıqlarımıza vəkildir.”




Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   572




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin