1. Ayədəki “yutəhhirəkum” sözündən belə anlaşılmırmı ki, Əhli-beytdə bulaşıqlıq vardı və Allah onları paka çıxardı?
Cavab: Paklıq üçün öncə bulaşıqlı olmaq şərt deyil. Çünki Allah heç bir bulaşıqlığı olmayan behişt huriləri haqqında da “mutəhhərə” sözünü işlədir. Başqa sözlə “yutəhhirəkum” sözü “paklamaq” yox, “pak saxlamaq” mənasını bildirir.
2. Əgər Əhli-beyt (ə) yalnız beş nəfərdən ibarətdirsə, nə üçün Peyğəmbərin (s) zövcələrindən danışıldığı vaxt bu məsələyə toxunulur?
Cavab: Əvvəla, “Həqiqətən, Allah...” cümləsi ayrıca nazil olmuş, yalnız Quran bir yerə toplanarkən hazırkı sırada yerləşdirilmişdir. İkincisi, “Məcməul-bəyan” təfsirində qeyd olunur ki, adi söhbət əsnasında təsiri gücləndirmək üçün yeni və mühüm sözlər demək ərəb ədəbiyyatında ənənə şəkilini almışdı. Məsələn, televiziyada hər hansı verlişi aparan diktor bir an dayanıb mühüm bir xəbər də çatdıracağını bildirərsə, tamaşaçı sözün davamını həyəcanla izləyir. “Maidə” surəsinin 3-cü ayəsi də bu ayənin oxşarıdır. Həmin ayədə vilayət, imamət, dinin kamilləşməsi kimi mövzular donuz əti və qan mövzuları ilə bir arada zikr olunur. Ayələrin bu sayaq sıralanması Quranın biganələrdən hifz olunma rəmzidir. Bir vaxt qadınlar evdən çıxarkən zinət əşyalarını biganələrdən qorumaq üçün onları pambıq arasında yerləşdirərdilər. Hansı ki, qızılla panbıq arasında heç bir rabitə yoxdur. Üçüncüsü, peyğəmbər zövcələrinə müraciət olunarkən bildirilir ki, Əhli-beytin paklığı ilə bağlı Allahın xüsusi istəyi var. Yəni, ey Peyğəmbər zövcələri, siz məsum insanların evindəsiniz və hökmən təqvalı olmalısınız. Nəhayət, Əhli-beyt (ə) haqqında danışılarkən kişi cinsinə aid cəm əvəzlik işlədilir. Bu isə nəzərdə tutulan toplumda kişilərin daha çox olduğunu göstərir. Hansı ki, başqa ayələrdə konkret Peyğəmbər zövcələri haqqında danışılarkən qadın cinsinə aid cəm işarə əvəzliyi işlədilmişdir.
Ayədə peyğəmbər zövcələrinə xitab olunsa da bütün müsəlman qadınlar nəzərdə tutulur və onlar hamılıqla uyğun göstərişlərə əməl etməlidirlər.
Dostları ilə paylaş: |