Nöqtələr
“Zikr” sözü iki cür mənalandırıla bilər: Yada salmaq və dilə gətirmək. “Vəzkurnə” dedikdə iki məna anlaşıla bilər: “Ey peyğəmbər zövcələri, unutmayın ki, vəhy sizin evinizdə nazil olub; “Evinizdə oxunan ilahi ayələri öyrənin və başqalarına bəyan edin.”
Bildirişlər
1. Evdə Quran tilavət və ev əhlinin oxunanları təkrarlaması Quran göstərişidir.
2. Batil mədəniyyətləri kənara qoyub ilahi dəyərlər sorağınca gedin.
3. Qadının evdə qalması və özünü nümayiş etdirməməsi onun elm və hikmətdən geri qalması deyil.
4. Xeyir əməllərə münasibətdə peyğəmbər ailəsi daha çox məsuldur.
5. Qadının evdə qalması və özünü göstərməməsi, namaz, zəkat, ayələrin zikri göstərişini yerinə yetirməsi Allahın qadınlara lütfündən və onlardan xəbərdar olmasından qaynaqlanır.
Ayə 35:
﴿إِنَّ الْمُسْلِمِينَ وَالْمُسْلِمَاتِ وَالْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ وَالْقَانِتِينَ وَالْقَانِتَاتِ وَالصَّادِقِينَ وَالصَّادِقَاتِ وَالصَّابِرِينَ وَالصَّابِرَاتِ وَالْخَاشِعِينَ وَالْخَاشِعَاتِ وَالْمُتَصَدِّقِينَ وَالْمُتَصَدِّقَاتِ وَالصَّائِمِينَ وَالصَّائِمَاتِ وَالْحَافِظِينَ فُرُوجَهُمْ وَالْحَافِظَاتِ وَالذَّاكِرِينَ اللَّهَ كَثِيرًا وَالذَّاكِرَاتِ أَعَدَّ اللَّهُ لَهُم مَّغْفِرَةً وَأَجْرًا عَظِيمًا﴾
“Həqiqətən, müsəlman kişilər və müsəlman qadınlar, imanlı kişilər və imanlı qadınlar, müti kişilər və müti qadınlar, doğruçu kişilər və doğruçu qadınlar dözümlü kişilər və dözümlü qadınlar, təvazökar kişilər və təvazökar qadınlar, infaq edən kişilər və infaq edən qadınlar, oruc tutan kişilər və oruc tutan qadınlar, pak kişilər və pak qadınlar, Allahı çox zikr edən kişilər və Allahı çox zikr edən qadınlar üçün Allah bağışlanma, dəyərli və böyük mükafat hazırlamışdır.”
Dostları ilə paylaş: |