Nöqtələr
Peyğəmbər zövcələrinə göstərişlərin ardınca hazırkı ayədə bütün qadınlar və kişilər üçün etiqad, əxlaq və əməllə bağlı on kamillik sadalanmışdır.
Bu ayənin dəyərini, onun bəşəriyyətə gətirdiyi səadəti anlamaq üçün ayədən öncə ərəb və əcəmin qadına münasibəti ilə tanış olmaq, qadının İslamdan öncəki üzücü vəziyyətini mütaliə etmək lazımdır.
Qadın və kişi fiziki baxımdan bir-birindən fərqlənir. Onların ruhu bir-birindən fərqlənmir. Eyni bir kamilliyə həm kişi, həm də qadın çata bilər. Bütün bunları nəzərə alaraq uyğun ayədə qadınla kişi arasında fərq qoymadan kamilliklər sadalanır.
Dostları ilə paylaş: |