Nur təFSİRİ



Yüklə 2,21 Mb.
səhifə365/572
tarix05.01.2022
ölçüsü2,21 Mb.
#111415
1   ...   361   362   363   364   365   366   367   368   ...   572

Bildirişlər


1. İnsan bir kamala yox, bütün kamilliklərə yiyələndikdə kamil sayılır.

2. Etiqad, əxlaq, əməl sahələrinin hər biri üçün kamillik nəzərdə tutması İslamın kompleksliyini göstərir.

3. Yaxşılığı öyməklə başqalarını bu istiqamətə həvəsləndirək.

4. İnsan pillə-pillə, addım-addım inkişaf edir. (Öncə dillə İslamın qəbulu, sonra qəlb imanı, daha sonra itaət, sədaqət, səbr...)

5. Kamil insan İslamı dildə qəbul edib qəlbən iman gətirdikdən sonra qarnını, şəhvətini, dilni qorumalıdır. Belə bir nəzarət üçün yollar göstərilir: Oruc tutmaqla qarına nəzarət, sədaqətli olmaqla dilə nəzarət, haramdan uzaqlıqla şəhvətə nəzarət, təvazökar olmaqla təkəbbürə nəzarət, Allah zikri vasitəsi ilə qəfləti aradan qaldırmaq, səbir və dözümlə acılıqlara müqavimət, infaq etməklə məhrumlara diqqətli olmaq.

6. İslamda həm kəmiyyətə, həm də keyfiyyətə diqqət yetirilir. (Daha çox zikr etmək, təvazökarlıqla yanaşı itaət əmr olunur.)

7. Qadının mülkiyyət hüququ var, o öz malından bağışlaya bilər.

8. Öz nailiyyətlərimizi Allahdan bilək. (Bütün kamilliklərin sonunda Allah zikri qeyd olunur.)

9. Qadın və kişi mənəvi kamilləşmədə və mükafatlandırma zamanı bərabərdir.

10. İlahi bəxşişin açarı yaxşı əməldir.

11. Öncə bağışlanma, sonra ilahi mükafat!

Ayə 36:


﴿وَمَا كَانَ لِمُؤْمِنٍ وَلَا مُؤْمِنَةٍ إِذَا قَضَى اللَّهُ وَرَسُولُهُ أَمْرًا أَن يَكُونَ لَهُمُ الْخِيَرَةُ مِنْ أَمْرِهِمْ وَمَن يَعْصِ اللَّهَ وَرَسُولَهُ فَقَدْ ضَلَّ ضَلَالًا مُّبِينًا﴾

Heç bir imanlı kişi və qadının haqqı yoxdur ki, Allah və onun rəsulu bir iş əmr etdiyi vaxt başqa bir yol seçsin. Allah və Onun rəsuluna itaətsizlik edən kəs heç şübhəsiz, aşkar azğınlığa düçar olmuşdur.”




Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   361   362   363   364   365   366   367   368   ...   572




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin