Bildirişlər
1. Yaş, savad, milliyyət, qüdrət, sərvət, şöhrət, qəbilə, himayə, beynəlmiləl təşkilatların rəyi ilahi qanunlara qarşı çıxmaq üçün əsas ola bilməz.
2. Allah və Onun rəsulu qarşısında itaət iman nişanəsidir.
3. Təslimçilik və bəndəlikdə qadın və kişi arasında fərq yoxdur.
4. Allah və peyğəmbər göstərişinə qarşı çıxıb yeni bir söz deyən insan öz imanına şəkk etsin.
5. Girami Peyğəmbərin (s) göstərişləri də Allahın göstərişləri kimi hökmən yerinə yetirilməlidir.
6. Allah və Onun rəsulu xalq üzərində tam hakimiyyətə malikdir.
7. Aşkar hökm qarşısında fərqli söz demək qadağandır.
8. İnsan ilahi qanunlar çərçivəsində azaddır.
9. Ağıl vəhyə, şəxsi səliqə vəzifəyə tabedir.
10. Allah qanunlarına zidd istənilən bir seçim və nəzəriyyə günah və aşkar azğınlıqdır.
Ayə 37:
﴿وَإِذْ تَقُولُ لِلَّذِي أَنْعَمَ اللَّهُ عَلَيْهِ وَأَنْعَمْتَ عَلَيْهِ أَمْسِكْ عَلَيْكَ زَوْجَكَ وَاتَّقِ اللَّهَ وَتُخْفِي فِي نَفْسِكَ مَا اللَّهُ مُبْدِيهِ وَتَخْشَى النَّاسَ وَاللَّهُ أَحَقُّ أَن تَخْشَاهُ فَلَمَّا قَضَى زَيْدٌ مِّنْهَا وَطَرًا زَوَّجْنَاكَهَا لِكَيْ لَا يَكُونَ عَلَى الْمُؤْمِنِينَ حَرَجٌ فِي أَزْوَاجِ أَدْعِيَائِهِمْ إِذَا قَضَوْا مِنْهُنَّ وَطَرًا وَكَانَ أَمْرُ اللَّهِ مَفْعُولًا﴾
“(Xatırla) bir zaman Allahın nemət (İslam və iman) bəxş etdiyi və sənin nemət (azadlıq) verdiyin kəsə (Zeyd ibn Harisəyə) deyirdin: “Zövcəni saxla (onu boşama), Allahdan qorx.” Qəlbində gizli saxladığını Allah aşkarladı. Sən xalqdan qorxurdun. Amma daha yaxşı olar ki, Allahdan qorxasan. Zeydin öz zövcəsi ilə həyatı başa çatdıqdan sonra onu (Zeynəbi) sənə zövcə etdik ki, möminlər öz oğulluqlarının boşadıqları qadınlarla evlənməkdə çətinlik çəkməsinlər. Allahın hökmü yerinə yetəsidir.”
Dostları ilə paylaş: |