Nöqtələr
“Bu iki müddətdən hansını başa vursam” təbiri iki cür mənalandırıla bilər: Nəzərdə tutula bilər ki, qızın mehriyyəsi istər səkkiz il olsun, istər on il, heç biri mənə zülm deyil; bu da nəzərdə tutula bilər ki, bu iki müddətdən hər hansı biri başa çatsa, sizin yanınızdan gedə bilərəm və kimsə mənə mane olmamalıdır. Başqa sözlə, müqavilədəki müddəti yanınızda qalıram, sonrasını özüm bilərəm.
Bildirişlər
1. Boşanmadan (talaqdan) fərqli olaraq, izdivac əqdində şahidlərə ehtiyac yoxdur.
2. Müqavilələrdə özümüz üçün hüquqlar nəzərdə tutaq, çıxış yolları saxlayaq.
3. Allaha iman müqavilənin sağlamlığını sığortalayır.
Dostları ilə paylaş: |