Nur təFSİRİ



Yüklə 2,21 Mb.
səhifə373/572
tarix05.01.2022
ölçüsü2,21 Mb.
#111415
1   ...   369   370   371   372   373   374   375   376   ...   572

Nöqtələr


Ayədə təbliğatçının qətiyyət və şücaətindən danışıldı. Amma bilməliyik ki, müəyyən məqamlarda qarşı tərəfi cəzb etmək üçün müdara, yumşaqlıq və sükuta ehtiyac var.

“Xəşyət” qorxudan fərqlənir. “Xəşyət” dedikdə bir işin əzəmətindən qəlbin həyəcanlanması nəzərdə tutulur. Qorxu isə xoşa gəlməyən bir işlə üzləşmək ehtimalından yaranır və insanın kənara çəkilməsi ilə sonuclanır. Peyğəmbərləri Allahdan savay kimsənin böyüklüyü həyəcanlandırmamışdır. Çünki onlar yalnız Allahı böyük sayırdılar.


Bildirişlər


1. Təbliğdə müvəffəq olmaq üçün müəyyən şərtlər var: Davamlılıq, əməldə təqva, şücaət və qətiyyət, Allaha təvəkkül.

2. Təbliğ təkcə danışıqla həyata keçmir. Bəzən Allahın hökmünü əməli şəkildə aydınlaşdırmaq lazım gəlir. (Ötən iki ayədə əmr olundu ki, Zeydin boşanmış zövcəsini almaqla mövcud xürafatı aradan qaldır.)

3. Din təbliğatçılarının daim hədə-qorxu gələn və qaba düşmənləri olmuşdu.

4. Allah qorxusu şücaət və fədakarlıq üçün müqəddimədir.

5. Din təbliğatçıları bilsinlər ki, onların bu yoldakı səbir və dözümü Allah tərəfindən qiymətləndiriləcək.

Ayə 40:


﴿مَّا كَانَ مُحَمَّدٌ أَبَا أَحَدٍ مِّن رِّجَالِكُمْ وَلَكِن رَّسُولَ اللَّهِ وَخَاتَمَ النَّبِيِّينَ وَكَانَ اللَّهُ بِكُلِّ شَيْءٍ عَلِيمًا﴾

Məhəmməd sizlərdən kimsənin atası deyil. O Allahın rəsulu və peyğəmbərlərin sonuncusudur. Allah hər şeydən agahdır.”




Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   369   370   371   372   373   374   375   376   ...   572




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin