1. Nə üçün İslam Peyğəmbərindən (s) sonra bəşəriyyətin yeni bir peyğəmbərə ehtiyacı yoxdur?
Cavab: Peyğəmbərlərin gəlişini zəruri edən iki səbəb vardı: Öncəki din və səmavi kitabın təhrif olunması və bəşəriyyətin təkamül yolu keçib yeni qanunlara ehtiyac duyması. Amma İslam Peyğəmbərindən (s) sonra nə onun gətirdiyi kitab təhrif olunmuşdur, nə də Qiyamət gününədək başqa qanunlara ehtiyac duyulur. Bircə kəlmə sözü dəyişməmiş Quran Allahın elmi əsasında bəşəriyyətin bütün ehtiyaclarına cavab verir.
2. İnsanların dəyişən ehtiyacları peyğəmbərliyə nöqtə qoyulması ilə bir araya sığırmı?
Cavab: İnsan öz təhsilində ictihad və ya doktorluq dərəcəsinə çatanadək müəllimə ehtiyac duyur. Sonra elə bir mərhələ başlayır ki, o öz ehtiyaclarını öncə əldə etdiyi biliklər hesabına təmin etməli olur. İctihad qapısı açıqdır. İnsan mövcud ümumbəşəri ilahi qanunlardan ehtiyacına uyğun çıxarışlar edə bilər. Əlbəttə ki, bu iş fəqihlərin çıxarış üçün nəzərdə tutduğu prinsiplər əsasında həyata keçməlidir.
3. Nə üçün bəşəriyyətin qeyb aləmi ilə rabitəsi qırıldı?
Cavab:Vəhy nazil olmasa da, qeyblə rabitə yerindədir. Məsum imam var, ilahi mələklər ona nazil olur.1 Ləyaqətli insanlar hazırda da qeybi yardımlardan faydalanır. Hətta adi fərdlər təqvalı olarsa ilahi nur əldə edər və Allah bir yolla doğru yolu onlara göstərər.2