Bildirişlər
1. Oğulluq oğul, atalıq ata sayıla bilməz. Atalıq oğulluğun boşadığı qadınla heç bir maneəsiz evlənə bilər.
2. Peyğəmbər zövcələrinin xalq üçün ana olması hökmü peyğəmbərin xalqa ata olması hökmünə dəlil deyil.
3. İslam Peyğəmbərinin (s) son peyğəmbər olması ilahi elm və hikmətə əsaslanır.
Ayə 41:
﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اذْكُرُوا اللَّهَ ذِكْرًا كَثِيرًا﴾
“Ey iman gətirənlər! Allaha çox zikr edin.”
Ayə 42:
﴿وَسَبِّحُوهُ بُكْرَةً وَأَصِيلًا﴾
“Ona səhər-axşam təsbih deyin (paklığına görə öyün).”
Nöqtələr
Allah zikri təkcə dilə aid deyil. İnsan düşüncəsində, işində və hərəkətində Allahın razılığını nəzərdə tutmalıdır. Quran Allah zikrinin bir çox təsirlərə və bərəkətlərə malik olduğunu bildirir. Namazı zəruri edən dəlillərdən biri Allah zikridir.3 Allah zikri qəlblərin yeganə aramlıq vasitəsidir.4 Aram ruh və arxayın nəfs pərvaz edib haqqa yüksəlir.5 Allah zikrindən uzaqlıq insanı bədbəxtliyə düçar edir.6
Bildirilir ki, həzrət Zəhranın (ə) təsbihatı (34 “Əllahu əkbər”, 33 “əlhəmdulillah”, 33 “sübhanəllah”) çox zikrin bir nümunəsidir.7
Girami Peyğəmbər (s) buyurur: “Zikr edən dil olan insana dünya və axirət xeyiri əta olunmuşdur.” İmam Sadiq (ə) buyurur: “Allah zikrindən savay hər şeyin həddi var.”
Hədisdə oxuyuruq: “Qəlb və ruh dəmir kimi pas atır. Allah zikri qəlbin işıqlıq və zila vasitəsidir.
Rəvayətdə deyilir: Allah zikri təkcə dilə aid deyil. Həqiqi zikr odur ki, halal –haramla üzləşdikdə Allahı yada salıb günahdan çəkinəsən.1
Dostları ilə paylaş: |