Nöqtələr
Ötən ayədə buyuruldu ki, Allahı çox zikr edin. Bu ayədə isə Allahın möminlərə salam göndərməsi bildirilir. Sanki Allahın salamı elə sizin çox zikrinizdir.2
Bildirişlər
1. Dinə dəvət yolu salam və mehribanlıqdan keçir.
2. Mələklər möminlərə həm salam göndərir, həm də onlar üçün bağışlanma diləyir.3
3. İnsan zülmətlərdən qurtuluş üçün ilahi yardımlara möhtacdır. Bu işdə ağıl və bilik bəs etmir.
4. Cəhalət, şirk, təfriqə, qəflət, xurafat qaranlığı kimi qaranlıqlar çoxdur.
5. Allaha iman və ilahi həqiqətlər insan üçün çıraqdır.
6. Yalnız iman vasitəsi ilə xüsusi ilahi mərhəmət əldə etmək olar.
Ayə 44:
﴿تَحِيَّتُهُمْ يَوْمَ يَلْقَوْنَهُ سَلَامٌ وَأَعَدَّ لَهُمْ أَجْرًا كَرِيمًا﴾
“Allahla görüş günü onların sözü salamdır. Allah onlar üçün gözəl mükafat hazırlamışdır.”
Dostları ilə paylaş: |