Nur təFSİRİ



Yüklə 2,21 Mb.
səhifə380/572
tarix05.01.2022
ölçüsü2,21 Mb.
#111415
1   ...   376   377   378   379   380   381   382   383   ...   572

Nöqtələr


Bu iki ayədə girami Peyğəmbərin (s) cəmiyyətdəki rolu açıqlanır. Peyğəmbər insanları Allaha doğru çağırır. Bu dəvətdə onun üsulu müjdə və xəbərdarlıqdır. Amma peyğəmbər dillə deməklə yanaşı, əməli olaraq xalq üçün dəlil və nümunədir.

Bildirişlər


1. Fərdlərin rolunu və məsuliyyətini onlara və cəmiyyətə elan etmək lazımdır.

2. Düşmənin acı sözləri və əzab-əziyyəti qarşısında möhkəm dayanmaq lazımdır.

3. Peyğəmbər insanların əməllərinə şahiddir.

4. Yalnız xalqın əməl və rəftarlarından xəbərdar olan kəs şəhadət verə bilər.

5. Təbliğ və tərbiyədə həm müjdə vermək həm də qorxutmaq lazımdır.

6. Müjdə və xəbərdarlıq peyğəmbərlərin dəvət vasitəsidir.

7. Peyğəmbərlər insanları özlərinə yox, Allaha itaətə çağırırlar.

8. Peyğəmbərlər müstəqil deyil, onlar Allahın izni ilə hərəkət edir.

9. Peyğəmbər cəmiyyət üçün hidayət çırağıdır. İnsanlar bu çırağın nurunda yüksəlir, hərəkət edir, yaxşını pisdən seçir.

Ayə 47:


﴿وَبَشِّرِ الْمُؤْمِنِينَ بِأَنَّ لَهُم مِّنَ اللَّهِ فَضْلًا كَبِيرًا﴾

Möminlərə müjdə ver ki, onlar üçün Allah tərəfindən böyük bəxşiş var.”


Ayə 48:


﴿وَلَا تُطِعِ الْكَافِرِينَ وَالْمُنَافِقِينَ وَدَعْ أَذَاهُمْ وَتَوَكَّلْ عَلَى اللَّهِ وَكَفَى بِاللَّهِ وَكِيلًا﴾

Kafirlər və münafiqlərə itaət etmə, onların əzab-əziyyətlərinə məhəl qoyma. Allaha təvəkkül et, vəkillik üçün Allah yetər.”




Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   376   377   378   379   380   381   382   383   ...   572




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin