Nur təFSİRİ



Yüklə 2,21 Mb.
səhifə381/572
tarix05.01.2022
ölçüsü2,21 Mb.
#111415
1   ...   377   378   379   380   381   382   383   384   ...   572

Nöqtələr


Düşmənlərin əzab-əziyyətinə etinasızlıq onların müqabilində səhlənkarlıq deyil. Bu etinasızlıq Allaha təvəkkül və Onun mərhəmətinə ümiddən qaynaqlanır.

Peyğəmbərə möminlərə müjdə vermək əmr olunub: Allahın xüsusi lütf və fəzli onlara şamil olasıdır və bu, Allahın ən böyük lütfüdür.

Hazırkı ayə ötən ayəni aydınlaşdıran bir nümunədir.

Bildirişlər


1. İman xüsusi ilahi lütf əldə etmək üçün şərtdir.

2. Rəhbər möminləri müjdələməlidir.

3. Allah möminlərlə öz fəzli əsasında rəftar edir. Şübhəsiz, Allahın fəzl və lütfünün dərəcə və mərtəbələri var.

4. Qəlbi ilahi qüdrət hərarəti ilə qızınan insan azğınlardan ayrıla bilər.

5. Kafirlərin və münafiqlərin pozucu işlərinə etinasızlıq, onların istəkləri qarşısında müqavimət üçün təvəkkülə ehtiyac var.

6. Kafirlər və münafiqlər eyni bir xətdədir. Hər iki qrup möminləri incitmək məqsədi güdür.

7. Müəyyən şəraitlərdə rəhbər yalnız doğru yola çağırmalı, müxaliflərdən intiqam almaq fikirinə düşməməlidir.

8. Allaha təvəkkül edək. Çünki o layiqli və yetərli bir vəkildir.




Ayə 49:


﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا نَكَحْتُمُ الْمُؤْمِنَاتِ ثُمَّ طَلَّقْتُمُوهُنَّ مِن قَبْلِ أَن تَمَسُّوهُنَّ فَمَا لَكُمْ عَلَيْهِنَّ مِنْ عِدَّةٍ تَعْتَدُّونَهَا فَمَتِّعُوهُنَّ وَسَرِّحُوهُنَّ سَرَاحًا جَمِيلًا﴾

Ey iman gətirənlər! Əgər imanlı qadınlarla evlənsəniz və yaxınlıq etməzdən öncə onları boşasanız, Onlara görə “iddə” (gözləmə müddəti) saxlayıb hesab aparmağınıza ehtiyac yoxdur. Onları (mehriyyə və münasib hədiyyə ilə) bəhrələndirib ləyaqətli tərzdə azad edin.”




Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   377   378   379   380   381   382   383   384   ...   572




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin