Nöqtələr
“Nikah” dedikdə evlənmə əqdi, “təmas” dedikdə cinsi yaxınlıq mənası nəzərdə tutulur. “Sərahən cəmila” ifadəsi kobudluq və əziyyətlə müşayiət olunmayan talaq mənasını ifadə edir.
“İddə” dedikdə qadının boşandıqdan sonra növbəti dəfə ərə getmək üçün gözləməli olduğu müddət nəzərdə tutulur. Boşanma iddəsi (gözləmə müddəti) üç dəfə aybaşı olub təmizlənməkdir. Əgər qadının əri ölərsə o dörd ay 10 gün iddə saxlamalıdır.
Bir neçə qrup qadın iddə saxlamaya bilər: İzdivacdan sonra cinsi yaxınlıqda olmamış qadınlar, doğmaq qabiliyyətini itirmiş yaşlı qadınlar. (“yaisə”)
“Bəqərə” surəsinin 236-cı ayəsində oxuduq ki, kişi yaxınlıq etmədən boşadığı qadına imkan həddində dəyərli hədiyyə verməlidir.
İmam Baqir (ə) buyurur: “Boşanmış qadınlar iztirab, qəm-qüssə, qınaq içində ata evinə qayıdırlar. Onların qəlbini toxtatmaq üçün imkan çatan qədər dəyərli hədiyyə verin.”
Dostları ilə paylaş: |