Bildirişlər
1. İlahi göstərişlərə əməl etmək iman şərtidir.
2. Talaq kişinin ixtiyarındadır. Yalnız şəriətdə nəzərdə tutulmuş xüsusi hallar istisnadır.
3. İman izdivac üçün ən mühüm şərtdir.
4. Boşanma dini uğursuzluq göstəricisi deyil.
5. Kişi iddə müddətində boşanma fikirindən daşına bilər. Amma yaxınlıqdan öncə talaq verildikdə kişinin qayıdış haqqı yoxdur.
6. Psixoloji zərbələr müəyyən yollarla aradan qaldırılmalıdır. İzdivacdan sonra talaq zamanı qadının ruhi sarsılır. Münasib mehriyyə ödəməklə bu sarsıntını bir qədər yüngülləşdirmək olar.
7. Ayrılıq və boşanma kin-küdurət, düşmənçilik mənasında qəbul olunmamalıdır.
Ayə 50:
﴿يَا أَيُّهَا النَّبِيُّ إِنَّا أَحْلَلْنَا لَكَ أَزْوَاجَكَ اللَّاتِي آتَيْتَ أُجُورَهُنَّ وَمَا مَلَكَتْ يَمِينُكَ مِمَّا أَفَاء اللَّهُ عَلَيْكَ وَبَنَاتِ عَمِّكَ وَبَنَاتِ عَمَّاتِكَ وَبَنَاتِ خَالِكَ وَبَنَاتِ خَالَاتِكَ اللَّاتِي هَاجَرْنَ مَعَكَ وَامْرَأَةً مُّؤْمِنَةً إِن وَهَبَتْ نَفْسَهَا لِلنَّبِيِّ إِنْ أَرَادَ النَّبِيُّ أَن يَسْتَنكِحَهَا خَالِصَةً لَّكَ مِن دُونِ الْمُؤْمِنِينَ قَدْ عَلِمْنَا مَا فَرَضْنَا عَلَيْهِمْ فِي أَزْوَاجِهِمْ وَمَا مَلَكَتْ أَيْمَانُهُمْ لِكَيْلَا يَكُونَ عَلَيْكَ حَرَجٌ وَكَانَ اللَّهُ غَفُورًا رَّحِيمًا﴾
“Ey peyğəmbər! Mehriyyəsini ödədiyin zövcələrini, Allahın sənə bəxş etdiyi və sahib olduğun kənizləri, səninlə hicrət etmiş əmi qızlarınla, bibi qızlarınla, dayı qızlarınla, xala qızlarınla evlənməyi sənə halal etdik. Peyğəmbər özünü (mehriyyə istəmədən) peyğəmbərə bağışlamış imanlı qadınla da evlənə bilər. (Mehriyyəsiz əqd) təkcə sənə məxsusdur, başqa möminlərə yox! Şübhəsiz biz möminlərə zövcələr və kənizlərlə bağlı nə hökm etdiyimizi bilirik. Sənin üçün çətinlik istəmirik. Allah bağışlayan və mehribandır.”
Dostları ilə paylaş: |