Bildirişlər
1. Quranda sabit və dəyişən hökmlər mövcuddur. Bəli, zaman hökmün icrasına təsir göstərə bilər.
2. Peyğəmbər üçün də izdivacda məhdudiyyətlər var.
3. Evlənmək istəyən insan nəzərdə tutduğu qadınla evlənə bilər.
4. Həyat yoldaşı seçimində gözəllik meyar götürülməməlidir.
5. Allah gözəlliyinə görə ikinci qadınla evlənmək istəyənlərə nəzarət edir.
6. Peyğəmbər halal-haram göstərişlərini Allahdan almağa vəzifəlidir.
Ayə 53:
﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَدْخُلُوا بُيُوتَ النَّبِيِّ إِلَّا أَن يُؤْذَنَ لَكُمْ إِلَى طَعَامٍ غَيْرَ نَاظِرِينَ إِنَاهُ وَلَكِنْ إِذَا دُعِيتُمْ فَادْخُلُوا فَإِذَا طَعِمْتُمْ فَانتَشِرُوا وَلَا مُسْتَأْنِسِينَ لِحَدِيثٍ إِنَّ ذَلِكُمْ كَانَ يُؤْذِي النَّبِيَّ فَيَسْتَحْيِي مِنكُمْ وَاللَّهُ لَا يَسْتَحْيِي مِنَ الْحَقِّ وَإِذَا سَأَلْتُمُوهُنَّ مَتَاعًا فَاسْأَلُوهُنَّ مِن وَرَاء حِجَابٍ ذَلِكُمْ أَطْهَرُ لِقُلُوبِكُمْ وَقُلُوبِهِنَّ وَمَا كَانَ لَكُمْ أَن تُؤْذُوا رَسُولَ اللَّهِ وَلَا أَن تَنكِحُوا أَزْوَاجَهُ مِن بَعْدِهِ أَبَدًا إِنَّ ذَلِكُمْ كَانَ عِندَ اللَّهِ عَظِيمًا﴾
“Ey iman gətirənlər! Sizə təam yemək üçün icazə verilməmiş peyğəmbərin evinə daxil olmayın. (Oturub) yemək vaxtını gözləməyin. Dəvət edildiyiniz halda daxil olun, yedikdən sonra dağılışın. Yeyəndən sonra söhbətə başlamayın. Həqiqətən, bu (danışıqlar) peyğəmbərə əziyyət verir, amma o sizdən utanır. Amma Allah haqqı deməkdən çəkinməz. Peyğəmbərin zövcələrindən bir şey istədikdə pərdə arxasından istəyin. Belə bir rəftar sizin və onların qəlblərinin paklığı üçündür. Haqqınız yoxdur ki, Allahın rəsuluna əziyyət verəsiniz və dünyasını dəyişdikdən sonra onun zövcələri ilə evlənəsiniz. Bu iş Allah yanında böyük bir günahdır.”
Dostları ilə paylaş: |