Nöqtələr
Təkcə peyğəmbərin evinə yox, bütün evlərə daxil olmazdan öncə icazə almaq lazımdır.1
Bu ayədə bəzi qonaqlıq qaydaları bəyan olunur. Digər ayələrdə də bu mövzu ilə bağlı göstərişlər var: Daxil olarkən salam verin2; rədd cavabı aldıqda narahat olmayıb gedin3; qonaq çağırdığınız vaxt yaxşı tərzdə qəbul edin4; qonağı süfrə başına aparmayın, süfrəni qonağın yanına gətirin5. Bu barədə rəvayətlərdə də çoxsaylı göstərişlər var.
“İnah” dedikdə vaxt, saat nəzərdə tutulur. “Ğəyrə” nəzirinə inahu”, yəni qonaq nəzərdə tutulmuş vaxtdan qabaq gəlib, yemək gözləməməlidir.
Peyğəmbər zövcələrinin hər birinin öz otağı vardı.
Peyğəmbər zövcələri ilə bağlı gəlmiş bəyanatlar əslində bütün müsəlman qadınlara aiddir. Çünki Allah bütün qadın və kişilərin paklığı istəyindədir.
Peyğəmbərin zövcələrindən pis məqsədlərlə istifadə edilməsi təhlükəsi böyükdür. Bu səbəbdən qadınlara peyğəmbərdən sonra kiməsə ərə getmək icazəsi verilmir. İmam Baqir (ə) ətrafındakılardan soruşdu: “Atanın yaxınlıq etmədən boşadığı qadını oğulun alması yaxşıdırmı?” Cavab verirlər ki, yox! Sonra həzrət buyurur: “Peyğəmbərə ehtiram ataya ehtiramdan önəmlidir.”1
Dostları ilə paylaş: |