Nöqtələr
Allaha əziyyət dedikdə Onun istək və razılığına zidd işlər nəzərdə tutulur. Belə işlər Allahın mərhəmətinə yox, qəzəb və lənətinə səbəb olur.
Olsun ki, Allaha əziyyət dedikdə Allahın bəndələrinə əziyyət nəzərdə tutulur. Necə ki, Allaha borc vermək dedikdə onun bəndələrinə borc vermək nəzərdə tutulur. Peyğəmbərə əziyyət dedikdə onun təkzibi, ona böhtan, onunla ədəbsiz rəftar və onun Əhli-beytinə əziyyət nəzərdə tutulur. Rəvayətdə nəql olunur ki, girami Peyğəmbər (s) buyurmuşdur: “Fatimə tənimin parasıdır, onu qəzəbləndirən məni qəzəbləndirmişdir.”1
Dostları ilə paylaş: |