Nöqtələr
Fiziki zərərlərə görə qisas nəzərdə tutulur.2 Amma psixoloji zərbələrə görə qisas almaq caiz deyil. Quran icazə vermir ki, böhtan atana böhtanla cavab verilsin. Bu günaha görə xəbərdarlıq olunub, zəruri hallarda həmin şəxs şəri hakim tərəfindən cəzalandırılır.
Ayədən aydın olur ki, xilaf işə yol vermiş müsəlman qanun çərçivəsində cəzalandırıla bilər.
Bildirişlər
1. Günahın təkrarı onun çirkab və cəzasını artırır.
2. Mömin qadın və mömin kişinin şəxsiyyəti möhtərəmdir, onları ləkələmək böyük günahdır.
3. Bilərəkdən yol verilən günaha görə cəza nəzərdə tutulur.
4. Günah insanın yükünü ağırlaşdırır.
5. Ən pis əziyyət dil yarası və böhtandır.
6. Ətrafdakıların istənilən bir şəkildə incidilməsi Allahın qəzəbi ilə sonuclanan günahlardandır.
Ayə 59:
﴿يَا أَيُّهَا النَّبِيُّ قُل لِّأَزْوَاجِكَ وَبَنَاتِكَ وَنِسَاء الْمُؤْمِنِينَ يُدْنِينَ عَلَيْهِنَّ مِن جَلَابِيبِهِنَّ ذَلِكَ أَدْنَى أَن يُعْرَفْنَ فَلَا يُؤْذَيْنَ وَكَانَ اللَّهُ غَفُورًا رَّحِيمًا﴾
“Ey peyğəmbər! Zövcələrinə, qızlarına və mömin qadınlara de ki, örpəklərini başlarına salsınlar. (İffətləri ilə tanınmaları, əziyyətə düşməmələri üçün bu daha münasibdir. Allah bağışlayan və mehribandır.”
Dostları ilə paylaş: |