Nur təFSİRİ



Yüklə 2,21 Mb.
səhifə401/572
tarix05.01.2022
ölçüsü2,21 Mb.
#111415
1   ...   397   398   399   400   401   402   403   404   ...   572

Nöqtələr


“İncaf” sözündən olan “murcifun” sözü şayiə yaymaqla İslam cəmiyyətində narahatlıq yaradan şəxslərə işarədir. Bu qəbildə olanlar cəbhəyə getməyib şəhərdə şayiə yayırdılar ki, müsəlmanlar məğlub olub, kafirlər qələbə çalıb və ya İslam Peyğəmbəri (s) şəhadətə çatıb. Onlar bu sayaq rəftarları ilə cəmiyyətdəki asayişi pozurdular.

“İğra” sözündən olan “lənuğriyənnəkə” sözü yapışdırmaq mənasını bildirir və hər tərəfli qələbəyə işarədir.

Əgər bu ayəni öncəki ayənin ardınca nəzərdən keçirsək məlum olar ki, Mədinə münafiqləri və qəlbixəstə insanlar mömin qadınları incidirmişlər. Ötən ayədə Allah qadınlara kamil örtünmək göstərişi verdi. Bu ayədə isə qəlbi xəstə insanlara xəbərdarlıq olunur. Əlbəttə, bu ayə müstəqil də ola bilər. Nəzərdə tutula bilər ki, soyuq müharibə aparan və şayiə yayan fitnəkarlarla mübarizə aparıb onları məhv etmək lazımdır.

Şaiyə yayıb İslam cəmiyyətinə zərbə vuranlarla bağlı ayə sərt bəyanatlar versə də fiqh kitablarında bu mövzuya bir o qədər də diqqət yetirilməmişdir. Hətta uzun illər qazi olmuş müctəhidlərdən biri deyir: “Mən 54 fiqh kitabını araşdırdım və “ircaf” adlı bir fəsil tapmadım.”

Ayənin son hissəsini iki cür mənalandırmaq olar:

a) Səni onlara qarşı bir şəkildə qaldırarıq ki, darmadağın olarlar və az bir hissəsi sənin yanında qalar;

b) Onları elə tar-mar edərik ki, əksəriyyəti səndən uzaqlaşar.


Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   397   398   399   400   401   402   403   404   ...   572




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin