Nöqtələr
57-ci ayədə peyğəmbərə qarşı əziyyətlərdən danışıldı. Bu ayədə Musaya (ə) əziyyət vermiş Bəni-İsrail kimi olmamaq tapşırılır.
Həzrət Musanın (ə) hansı böhtanla üzləşməsi ayədə açıqlanmır və ayənin anlaşılmasında rol oynamır.
Böyük lənət dedikdə “Bəqərə” surəsinin 161-ci ayəsində haqqında danışılan lənət nəzərdə tutula bilər. Ayədə bildirilirdi ki, küfrə uğrayıb, küfr vəziyyətində dünyadan gedənlər Allah, mələklər və bütün insanlar tərəfindən lənətlənəcək.
Bildirişlər
1. Cəhənnəm əhlinin yalnız əzabla bağlı duası qəbul olar.1
2. İlahi rəhbərlər bəzən möminlər tərəfindən böhtan və əziyyətə məruz qalır.
3. Başqalarına böhtandan çəkinmək iman şərtidir.
4. Övliyalara böhtanın təsirsizliyindən ibrət götürün və böhtan atmayın.
5. Allah peyğəmbərlərini düşmənlərinin böhtanlarından qoruyur.
6. İlahi insanları böhtandan qorumaq bəs etmir, onları öymək lazımdır.
7. Rəhbərlikdə müvəffəq olmaq üçün böhtandan pak saxlanılma və abır-həya sahibi olmaq şərtdir.
8. İş tapşırdığınız şəxsi himayə etməlisiniz.
Ayə 70:
﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اتَّقُوا اللَّهَ وَقُولُوا قَوْلًا سَدِيدًا﴾
“Ey iman gətirənlər! Təqvalı olun və əsaslı danışın.”
Ayə 71:
﴿يُصْلِحْ لَكُمْ أَعْمَالَكُمْ وَيَغْفِرْ لَكُمْ ذُنُوبَكُمْ وَمَن يُطِعْ اللَّهَ وَرَسُولَهُ فَقَدْ فَازَ فَوْزًا عَظِيمًا﴾
“(Təqvalı olub əsaslı danışın ki,) Allah işlərinizi düzə çəksin və günahlarınızı bağışlasın. Allah və Onun rəsuluna itaət edən kəs, şübhəsiz, böyük qurtuluş əldə etmişdir.”
Dostları ilə paylaş: |