Bildirişlər
1. İnsan göylərdən və yerdən üstündür. O Allahın varlıq aləmindəki əmanətçisidir.
2. Varlıq aləminin şüuru var.
3. Ağıl, iradə, fitrət, hidayət kimi ilahi nemətlər insana verilmiş əmanətlərdir. Əmanətə xəyanət etməyək, bu ən böyük zülmlərdəndir.
4. Göy və yerin imtina etdiyi və insanın öz öhdəsinə götürdüyü əmanət qunut, təsbih, səcdə deyil. Təsbih və qunutu göylər və yer də rahatlıqla qəbul edərdi.2
Ayə 73:
﴿لِيُعَذِّبَ اللَّهُ الْمُنَافِقِينَ وَالْمُنَافِقَاتِ وَالْمُشْرِكِينَ وَالْمُشْرِكَاتِ وَيَتُوبَ اللَّهُ عَلَى الْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ وَكَانَ اللَّهُ غَفُورًا رَّحِيمًا﴾
“(Əmanət verildi ki) Allah münafiq kişiləri və qadınları, müşrik kişiləri və qadınları (əmanətə xəyanət etdikləri üçün) əzaba salsın, lütfünü imanlı kişilər və qadınlara çevirsin. (Və onların tövbəsini qəbul etsin). Allah bağışlayan və mehribandır.”
Dostları ilə paylaş: |