Bildirişlər
1. Allah təkcə varlıq aləminin sahibi deyil. O varlıq aləmində baş verən ən kiçik işlərdən agahdır.
2. Varlıq aləmində əşyalar hərəkətdədir.
3. Yağışın yağması onun rəhmətini, insanın pis əməllərini faş etməməsi Onun bağışlayan olduğunu göstərir.
4. Allah hər şeydən xəbərdar olsa da insanı rüsvay etmir.
Ayə 3:
﴿وَقَالَ الَّذِينَ كَفَرُوا لَا تَأْتِينَا السَّاعَةُ قُلْ بَلَى وَرَبِّي لَتَأْتِيَنَّكُمْ عَالِمِ الْغَيْبِ لَا يَعْزُبُ عَنْهُ مِثْقَالُ ذَرَّةٍ فِي السَّمَاوَاتِ وَلَا فِي الْأَرْضِ وَلَا أَصْغَرُ مِن ذَلِكَ وَلَا أَكْبَرُ إِلَّا فِي كِتَابٍ مُّبِينٍ﴾
“Küfrə uğrayanlar dedilər: “Bizi Qiyamət gözləmir. “ De ki, and olsun qeybdən xəbərdar Rəbbimə, Qiyamət sizin sorağınızca gələcək. Göylərdə və yerdə Allaha zərrəcə gizli qalmış şey yoxdur. İstər daha kiçik, istər daha böyük, nə varsa, açıq-aydın kitabdadır.”
Dostları ilə paylaş: |