Ayə 33:
﴿قَالَ رَبِّ إِنِّي قَتَلْتُ مِنْهُمْ نَفْسًا فَأَخَافُ أَن يَقْتُلُونِ﴾
“(Musa) dedi: “Pərvərdigara! Həqiqətən, mən onlardan birini öldürmüşəm. Qorxuram ki, məni qətlə yetirələr.”
Nöqtələr
“Vəzmum iləykə cənahəkə minər-rəhbi” cümləsi belə anlaşıla bilər ki, qorxuya düşdüyün vaxt (əllərini yuxarı qaldıranların əksinə olaraq) əllərini sinənin üstünə qoy və ya qoynuna sal; digər bir yanaşmaya əsasən, qəti qərara gəlib addım at.1
Tövratda deyilir: Musa əlini qoynuna aparan vaxt əlinə xəstəlik düşdü və əli qar kimi ağardı.2 Amma Quran Musanın (ə) əlində yaranmış ağlığı xəstəliklə izah etmir. Bu bəyazlıq ilahi qüdrət nişanəsi sayılır. Bu hadisə bir dəlil olaraq şəkk-şübhə və azğınlıq yolunu bağlayır.
Dostları ilə paylaş: |