Nöqtələr
Olsun ki, dağların Davudla birgə naləsi dedikdə onların təsbihi nəzərdə tutulur.1
Allah hərzət Davuda 12 fəzilət vermişdi: ilahi elm2; nübüvvət və risalət3; səmavi kitab4; xilafət5; sabit hakimiyyət6; geniş imkan7; hikmət8; qəzavət (mühakimə)9; dəmirin əridilməsi; quşların dilini anlamaq10; dağların və quşların onunla səs-səsə verməsi; Süleyman kimi bir övlad11.
Hədisdə oxuyuruq: “Allah Davuda buyurdu: “Beytül-maldan (təbliğ üçün nəzərdə tutulmuş dini büdcədən) istifadə etməsən yaxşı bəndəsən!” həzrət Davud 40 gün ağladı. Nəhayət, Allah onun əli ilə dəmiri yumşaltdı. Davud gündə bir zireh toxuyub 1000 dirhəmə satırdı. O 360 zireh toxumuşdu.12
Dostları ilə paylaş: |