Bildirişlər
1. Cinlər mahir, sənətkar mövcudlardır.
2. İşçi müdirin nəzarəti altında olmalıdır.
3. Öncə mənəviyyata, sonra maddiyyata diqqət yetirək.
4. Misgərlik və tökməçiliyin uzun keçmişi var. (Həzrət Süleymanın dövründə əridilmiş misdən qablar hazırlanırdı.)
5. İnsanın ixtiyarına verilmiş imkanlar onun Allaha şükür etməsi üçün zəminə olmalıdır.
6. Şükür təkcə dilə yox, həm də əmələ aiddir.
Ayə 14:
﴿فَلَمَّا قَضَيْنَا عَلَيْهِ الْمَوْتَ مَا دَلَّهُمْ عَلَى مَوْتِهِ إِلَّا دَابَّةُ الْأَرْضِ تَأْكُلُ مِنسَأَتَهُ فَلَمَّا خَرَّ تَبَيَّنَتِ الْجِنُّ أَن لَّوْ كَانُوا يَعْلَمُونَ الْغَيْبَ مَا لَبِثُوا فِي الْعَذَابِ الْمُهِينِ﴾
“Elə ki, Süleymana ölüm hökmü verdik, bu ölümdən cinlərə onun əsasını yeyən həşəratdan savayı xəbər verən olmadı. Elə ki, Süleyman yerə yıxıldı, cinlər anladılar ki, qeybi bilsəydilər, həmin zəliledici əzabda qalmazdılar.”
Dostları ilə paylaş: |