Nöqtələr
“Cəza” dedikdə həm mükafat, həm də cəza, “mücazat” dedikdə yalnız cəza nəzərdə tutulur.
Bildirişlər
1. Bədbəxtliklərimizin səbəbi öz əməllərimizdir.
2. Allahın cəzaları təkcə Səba qövmünə aid deyil, bütün günahkarları əhatə edir.
3. Küfr və onun davamı ilahi qəzəblə sonuclanır.
Ayə 18:
﴿وَجَعَلْنَا بَيْنَهُمْ وَبَيْنَ الْقُرَى الَّتِي بَارَكْنَا فِيهَا قُرًى ظَاهِرَةً وَقَدَّرْنَا فِيهَا السَّيْرَ سِيرُوا فِيهَا لَيَالِيَ وَأَيَّامًا آمِنِينَ﴾
“Onlar və bərəkətli qərar verdiyimiz məntəqələr arasında aşkar abadlıqlar vardı. Məntəqələr arasında gediş-gəliş nizamlamışdıq. (Onlara dedik) bu məntəqələrdə gecələr və gündüzlər arxayınlıqla səfərə çıxın.”
Ayə 19:
﴿فَقَالُوا رَبَّنَا بَاعِدْ بَيْنَ أَسْفَارِنَا وَظَلَمُوا أَنفُسَهُمْ فَجَعَلْنَاهُمْ أَحَادِيثَ وَمَزَّقْنَاهُمْ كُلَّ مُمَزَّقٍ إِنَّ فِي ذَلِكَ لَآيَاتٍ لِّكُلِّ صَبَّارٍ شَكُورٍ﴾
“(Nankorluqla) dedilər: “Pərvərdigara! Səfərlərimizə ara qoy.” Onlar özlərinə zülm etdilər. Biz onları (başqalarının) ibrət götürməsi üçün) dəlillərdə dastan etdik və pərən-pərən saldıq. Həqiqətən, bunda (onların naşükürlüyü və bizim qəzəbimizdə) hər bir səbir edən və şükür qılan üçün nişanələr var.”
Dostları ilə paylaş: |