Nöqtələr
“Əhadis” dedikdə xalqın vaxt keçirmək və ya misal göstərmək üçün bir-birinə danışdığı xəbərlər nəzərdə tutulur.
Allah Səba qövmünə bir neçə xüsusi nemət vermişdi: Bərəkətli və məhsuldar məntəqələr; bir-birinə yaxın və baxanda görünən yerlər və məskənlər; gecə və gündüz heç bir maneə olmadığından asan səfər; əmin-amanlıq neməti.
Səba qövmünün əhvalatı
Hazırkı ayələrdən və müəyyən rəvayətlərdən məlum olur ki, Səba qövmü ərəbistan yarmadasının cənub məntəqəsində məskunlaşıbmış. Onların ali və parlaq bir mədəniyyəti olmuşdur.
Bu məntəqədə su hövzəsi olmadığından və yağış suyu bir yerə toplanmadığından, insanlar qərara gəldilər ki, böyük bir bənd tikib suyu bir yerə toplasınlar. Nəhayət, Marib şəhərinin yaxınlığında əzəmətli bir bənd ucaltdılar.
Bu səddi aşan su iki istiqamətdə yönəlib əkin sahələrinin və bağ-bağçaların rövnəqlənməsinə səbəb oldu. Bol sudan faydalanıb gözəlləşmiş kəndlər arasında olduqca az məsafə vardı. Asayişlə yanaşı bol nemət yaşayış üçün çox münasib şərait yaratmışdı. Amma Səba qövmü Allahı unudub qürrələndi və təbəqələrarası ixtilaflar başladı. Varlılar özlərindən aşağı təbəqə kimi və ya onlarla birlikdə səfərə çıxmaq istəmir, imtiyazlar üçün çalışırdılar.
Nəql olunur ki, səhra mışları qorulmuş bəndə hücum çəkib onu uçurdular və sel böyük Səba mədəniyyətini torpaq altda dəfn etdi. Quranda qeyd olunur ki, həmin abad məmləkətdən acı meyvəli ağaclardan, yolğun və sidrdən başqa bir şey qalmadı.1
Dostları ilə paylaş: |