Bildirişlər
1. Nankorluq İblis üçün nüfuz və müvəffəqiyyət yoludur.
2. İblis insanları yoldan çıxaracağına əmin deyil.
Ayə 21:
﴿وَمَا كَانَ لَهُ عَلَيْهِم مِّن سُلْطَانٍ إِلَّا لِنَعْلَمَ مَن يُؤْمِنُ بِالْآخِرَةِ مِمَّنْ هُوَ مِنْهَا فِي شَكٍّ وَرَبُّكَ عَلَى كُلِّ شَيْءٍ حَفِيظٌ﴾
“İblisin onlar üzərində heç bir ağalığı yox idi. (Onun işi yalnız şübhə toxumu səpməkdir.) belə ki, axirətə iman gətirəni axirətə münasibətdə tərəddüddə olandan fərqləndirək. Rəbbin hər şeyin keşiyindədir.”
Nöqtələr
Allahın hər şeydən xəbərdarlığını və hər şeyə şahidliyini nəzərə alsaq “minələmə...” cümləsini müəyyənləşdirmək mənasında qəbul etməliyik. Yəni məqsəd insanlara mömin və kafirin kimliyini göstərmək və ya İblisə tabe olanları möminlərdən ayırmaqdır.
Bildirişlər
1. Şeytan insanı məcbur edə bilməz, insanlar könüllü olaraq İblisə üz tutur.
2. Qiyamətə iman şeytan qarşısında bir səddir.
3. Şeytanın varlığında məqsəd insan qarşısında bir neçə yol yaratmaqla onu sınağa çəkmək və seçim aparmaqdır.
4. İnsan yersiz tərəddüdlərlə şeytana tabeçilik yolunu seçir.
5. İnsan yol və əməl seçimində azaddır.
6. Ən cüzi şəkk də azğınlıq üçün müqəddimədir.
7. Allahın elmi unutqanlıq və nöqsandan uzaqdır.
Ayə 22:
﴿قُلِ ادْعُوا الَّذِينَ زَعَمْتُم مِّن دُونِ اللَّهِ لَا يَمْلِكُونَ مِثْقَالَ ذَرَّةٍ فِي السَّمَاوَاتِ وَلَا فِي الْأَرْضِ وَمَا لَهُمْ فِيهِمَا مِن شِرْكٍ وَمَا لَهُ مِنْهُم مِّن ظَهِيرٍ﴾
“De ki, Allahdan qeyri məbud saydıqlarınızı çağırın. Onlar göydə və yerdə zərrəcə bir şeyə sahib deyillər. (Qoşduğunuz) şəriklərin yerdə və göydə heç bir iştirakı yoxdur və onlar tərəfindən Allaha heç bir yardım göstərilmir.”
Dostları ilə paylaş: |