Nöqtələr
Bu və bundan öncəki ayələrdə müxaliflərlə tədrici rəftar üsulu açıqlanır. O cümlədən:
1. 24-cü ayədə təfəkkürə çağırılır: “Göydən və yerdən sizə ruzi verən kimdir?
2. İnsafla rəftar edib deyək: “Ya biz haqq yoldayıq, ya da siz.” Qarşı tərəfi dərhal və qəti şəkildə məhkum etməyək.
3. 25-ci ayədə buyurulur ki, hərə öz əməlinə görə cavab verəsidir. Çağırışımızın qayəsi mərhəmət olmalıdır.
4. 26-cı ayədə buyurulur ki, söhbətlərimizdə haqqın zühur edəcəyi Qiyamət gününü yada salaq.
5. Mübahisə zamanı qarşı tərəfdən dəlil istəyək: “Allaha şərik qoşduğunuz bütlərin nə etdiyini göstərin.”
Dostları ilə paylaş: |