Bildirişlər
1. Yatmış vicdanları oyatmaq üçün qınaqlı suallar bir vasitədir.
2. Məbudlardan heç biri (nə İsa, nə mələklər, nə də bütlər özlərini Allaha şərik bilirlər. Onları Allaha şərik qoşan sizsiniz.
3. Allahın yenilməzliyi puç və saxta məbudların önə çəkilməsinə mane olur.
Ayə 28:
﴿وَمَا أَرْسَلْنَاكَ إِلَّا كَافَّةً لِّلنَّاسِ بَشِيرًا وَنَذِيرًا وَلَكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ﴾
“Biz səni yalnız bütün insanlar üçün müjdə verən və qorxudan bir peyğəmbər göndərdik. Amma xalqın çoxu bilməz.”
Nöqtələr
“Haffət” sözü ilə bağlı, ayə iki cür anlaşıla bilər: İslam Peyğəmbəri (s) bütün insanlar üçün peyğəmbərdir (ayə və rəvayətlər bu mənanı təsdiqləyir); İslam Peyğəmbəri (s) insanları küfr, şirk, günahdan uzaqlaşdıran bir peyğəmbərdir. Birinci məna daha münasib görünür.1
Bildirişlər
1. Həzrət Məhəmmədin (s) peyğəmbərliyi ümumbəşəridir.
2. Xalqın doğru yola çağırışında peyğəmbərlərin əsas işi müjdə və xəbərdarlıqdır.
Ayə 29:
﴿وَيَقُولُونَ مَتَى هَذَا الْوَعْدُ إِن كُنتُمْ صَادِقِينَ﴾
“Onlar (istehza ilə) deyirlər: “Doğru deyirsənsə, bu vəd (qiyamət) nə vaxt olacaq?”
Ayə 30:
﴿قُل لَّكُم مِّيعَادُ يَوْمٍ لَّا تَسْتَأْخِرُونَ عَنْهُ سَاعَةً وَلَا تَسْتَقْدِمُونَ﴾
“De ki, sizin üçün nə bir saat təxirə salacağınız, nə də qabaqlayacağınız gün vəd olunub.”
Dostları ilə paylaş: |