Müxtəlif ayələrdə bəyan olunur ki, Qiyamət vaxtını Allahdan savayı kimsə bilmir. Bu məsələdə ilahi bir hikmət var. Qiyamət vaxtından xəbərsiz insan daim hazır olmağa çalışır. Bundan əlavə, xırdalıqları bilməmək böyük həqiqətlərə imana mane olmur. Məsələn, qapının zəngi çalındıqda anlayırsınız ki, kimsə kandarda dayanıb. Siz həmin şəxsin kimliyini, qadın və kişi olmasını, yaşını bilmirsiniz. Amma bu xırdalıqları bilməmək qapıda kiminsə dayanmasına inamı zəiflətmir. Bəli, biz Qiyamət vaxtını bilməsək də bu həqiqətə inanırıq... “Taha” surəsinin 15-ci ayəsində oxuyuruq: “Qiyamət hökmən gələsidir, amma onun vaxtını gizli saxlayıram.”